FuaD İsmayıloV

FuaD İsmayıloV

WISDOM Education Center

WisDoM Education Center Fuad İsmayılovun rəhbərliyi altında fəaliyyət göstərən, məktəblilərə (1-11ci siniflər arası) və abituriyentlərə riyaziyyatın tədrisi üzrə ixtisaslaşmış innovativ elektron kitablar və müasir planşetlərlə təchiz olunmuş ən müasir riyaziyyat yönümlü təhsil mərkəzidir. Tədris Kurikulum, SAT və TQDK proqramları əsasında rus, azərbaycan və ingilis dillərində aparılır.

Mərkəzimizdə yalnız riyaziyyat biliklərininin artırmasına zəmanət verməklə, həmçinin şagirdlərimizə və abituriyentlərimizə fizika, kimya, biologiya, çoğrafiya, Azərbaycan tarixi və ümumi tarix kimi fənlərə uğura nail olmasına, biliklərinin artırmasına köməklik göstəririk.

Həmçinin mərkəzimizdə İngilis, Rus, Alman və s. kimi xarici dillər üzrə kurslar keçirilir. Biz var gücümüzlə çalışırıq ki, keçirilmiş dərslər övladınızın sevimli marağına çevrilsin.

WisDoM Education Center–in təcrübəli və mehriban heyəti hər şagirdə fərdi yanaşır. Tədris proqramımız şagirdlərin müvəffəqiyyət keyfiyyətini, özünə və biliklərinə inamını artırır, həmçinin Azərbaycanın universətlərinə o cümlədən də xarici ali təhsil müəssisələrinə qəbul olunmasına köməklik edir.

Bizim Web-saytımızda valideynlər aşağıdaki məlumatları əldə edə bilərlər:

  1. Şagirdin gəlmə və getmə vaxtını;
  2. Yerinə yetirilmiş ev tapşırığının keyfiyyətini;
  3. Növbəti dərs üçün ev tapşıqını;
  4. Dərs vaxtını;
  5. Sınaq və əsas imtahanların qeydiyyat tarixini;
  6. Mərkəzimizdə və Dövlət qəbul komissiyasında keçirilən imtahanların tarixlərini;
  7. Bütün yeniliklərimizi;
  8. Ən yaxşı şagirlər (şərəf lövhəsi) və onların mükafatları;
  9. Bizim həvəsləndirici kino, paintball, bulvar və piknik gəzintilərimizi

MƏQSƏDİMİZ

WisDom Education Center-in məqsədi hər bir uşağın potensialının açıqlanmasıdır, seçdikləri hər hansı bir sahəni uğurla başa çatmasına təmin edirik.

Biz uşaqlarımıza, əyləncəli və təhsilə stimullaşdırıcı üsulla dərsləri keçirdirik. WisDom Education Center-in proqramı, uşaqların elmi düşüncələrini və həyatda rast gələn müxtəlif problemlərin həlli bacarığlarını inkişaf etdirir.

Beləliklə uşaqlar mükəmməlləşib və tədricən öz məqsədlərinə çatacaqlar. Müasir, effektiv və texnoloji tədris üsulları istifadə edərkən, biz yeni nəsil olan uşaqları tərbiyələndiririk!

Bizim şagirdlərimiz – bizim fəxrimizdir!

BİZİM KOMANDAMIZ

Biz böyük məmuniyyətlə Sizə mərkəzimizin əməkdaşları haqqında danışmaq istəyirik. Onların hər biri öz sahəsində mütəxəssisidir. WisDom Education Center-in müəllimləri unikal peşə bacarığına malikdilər,  həmçinin müxtəlif etnik, mədəni və sosial cəmiyyətə aiddilər. Bizi nə birləşir? Mükəmməl nəticə üçün məqsəd!

Mərkəzimizin əməkdaşları istedadlı, kreativ və məsuliyyətli müəllimlərdən ibarətdir. Hər bir müəllim WisDom Education Center-in təsisçisi Fuad İsmayılovun metodikası ilə çalışır. Onun  nəzarəti altında bütün iş prossesi aparılır. Övladınızı bizə etibar edərkən, əmin ola bilərsiz ki, övladınız qayğı, diqqət ilə əhatə olunub və lazımi olan bilikləri əldə edəcək.

Bizim devizimiz: Yad uşaqlar olmur!

FuaD İsmayıloV

O, Bakı Dövlət Universetinin riyaziyyat fakultəsinin bakalavr dərəcəsi,  həmçinin həmin universetinin maqistr dərəcəsini qırmızı diplomla bitirib.

FuaD İsmayıloV, A.N. Ələkbərov adına Respublika İncəsənət Gimnaziyası və Nəsrəddin Tusi adına özəl ümumtəhsil məktəbdə müəllim vəzifəsində çalışıb. Həmçinin Fuad müəllim İstanbulda keçirilən Beynəlxalq konfransının iştirakçısı olub.

Fuad İsmayılov çox tirajlı riyaziyyat fənni üzrə aşağıdakı kitabların müəllifidir:

  • Riyaziyyat – 5-ci sinif;
  • Cəbr – 6-cı sinif;
  • Cəbr – 7-ci sinif;
  • Cəbr – 8-ci sinif;
  • Cəbr – 9-cu sinif;
  • Həndəsə - 6-cı sinif;
  • Həndəsə - 7-ci sinif;
  • Həndəsə - 8-ci sinif;
  • Həndəsə - 9-cu sinif;
  • Cəbr – 10-cu və 11-ci siniflər;
  • Həndəsə - 10-cu və 11-ci siniflər;
  • Triqonometriya;
  • Riyaziyyat üzrə tapşırıqlar toplusu – 5-ci sinif;
  • Cəbr üzrə tapşırıqlar toplusu – 6-cı sinif;
  • Cəbr üzrə tapşırıqlar toplusu – 7-ci sinif;
  • Cəbr üzrə tapşırıqlar toplusu – 8-ci sinif;
  • Cəbr üzrə tapşırıqlar toplusu – 9-cu sinif;
  • Həndəsə üzrə tapşırıqlar toplusu – 6-cı sinif;
  • Həndəsə üzrə tapşırıqlar toplusu – 7-ci sinif;
  • Həndəsə üzrə tapşırıqlar toplusu – 8-ci sinif;
  • Həndəsə üzrə tapşırıqlar toplusu – 9-cu sinif;
  • 9-cu sinif buraxılış imtahanlarının I turuna hazırlıq üçün tapşırıqlar toplusu;
  • 9-cu sinif buraxılış imtahanlarının II turuna hazırlıq üçün tapşırıqlar toplusu;
  • 11-ci sinif buraxılış imtahanlarına hazırlıq üçün tapşırıqlar toplusu.

Həmin kitablar «WisDoM Education Center»-in tələblərinə riyaziyyat fənnini daha dərindən öyrənməsinə köməklik edir. Bütün kitablar elektron formatda,  həmçinin üç dildə (azərbaycan, rus, ingilis) mövcuddur.

FuaD İsmayıloV özəl tədrisə 2000-ci ildə başlamışdır və üç (3) dildə həmçinin PRE SAT, SAT, Kurikullum, TQDK üzrə dərslər aparır.

Onun tələbələri bir çox beynəlxalq olimpiyadaların qalibidir.

Fuad İsmayılovun tələbələri  xarici ölkələrə, həmçinin ölkəmizin universetlərinə daxil olublar.

Onun gücü ondan ibarətdir ki, o hər bir şagirddə fənnə maraq yaradmağı bacarır və böyük nailiyyətlərə çatmasına köməklik göstərir. Fuad müəllimlə riyaziyyat dərsi ilə hazırlaşaraq, Sizin övladınız məktəb proqramının qavranma çətinliklərindən tam olaraq azad olacaq.

Ailəlidir, iki övladı var. Övladlarına məsuliyyət, müstəqil olmalarına, ətrafda olan insanlara hörmət, yardım, həm yaşıdlar ilə dostluq hisslərini öyrədir.