Aynur Xalıqverdiyeva (Məhəmməd Xalıqverdiyevanın anası)

Aynur  Xalıqverdiyeva (Məhəmməd Xalıqverdiyevanın anası)

Mənim böyük oğlum 13 yaşi olanda, mən bizə riyaziyyat fənnindən kömək etmək üçün Fuad müəllimə müraciyət etdim. Fuad müəllimin dərslərində iştirak edərək, mənim övladım təkcə müəyyən bir sferada savad və bacariqlar almaqla deyil, həm də düzgün fikirləşməyə və mütəaliyyə etməyə başladi. Mənim fikrimcə, riyaziyyat hər bir şeyin açarıdır, o coğrafiya, kimya, fizika kimi fənlərin bazasıdır. Ona görədə, cəsarətlə dəyə bilərəm ki, oğlumun dərsdəki nailiyyətləri təkcə riyaziyyatdan düzəlmədi. Məktəbdə mənim övladım yaxşı nəticələr göstərməyə başladı. Fuad müəllimin profesionallığı haqda söz-söhbət hər tərəfə yayıldı. Bunlar hamısı 8 il bundan əvvəl baş verib, hal hazırda mənim böyük oğlum universitetin 3-cü kursunda oxuyur. Böyük oğlum Fuad müəllimin yanına bir il getdikdən sonra, mən kiçik oğlumu da onun yanına göndərdim. Məktəbdə bu hissolunmaz qalmadı. Sinif yoldaşları oğlumdakı fərqi və irəliləyişi görüb bu müəllimlə maraqlanmağa başladılar. Oğlum İB və SAT kimi çox çətin sistemi olan 6 saylı Aybi məktəbində oxuyur. Bilavasitə, mənim övladlarım Fuad müəllimin köməyi ilə çox böyük uğurlar əldə etdilər və Kurikulumu çox yaxşı ballarla verib Azərbaycan Diplomanik Akademiyasina (ADA) daxil oldular. İndi mənim 3-cü oğlum böyük qardaşlarının yolu ilə gedir və bu yolda ona yenə də Fuad müəllim kömək edir. Mən Fuad müəllimə öz xüsusi təşəkkürümü bildirmək istəyirəm, çünki uşaqlarla işləmək çox çətindi. Hər bir uşağa individual yanaşma lazımdır ki, bunu da onlar Fuad müəllim tərəfdən alırlar. Mən tam əminliklə deyə bilərəm ki, buğünki gün onun əvəzi yoxdur. Azərbaycan gəncinə onun sərf etdiyi əmək əvəzolunmazdır. İndi nə qədər savadlı uşaqalarımız olacaq, bizim gələcəyimiz də bir o qədər oarlaq və aqdın olacaqdır.