Yeni il 2018-2019

Əziz dostlarımız!
WisDoM Education Center heyəti qarşıdan gələn Yeni il münasibəti ilə Sizi təbrik edir!
Dekabr ayın 26 “Moon Crown” restoranında yüksək səviyyədə WisDoM Christmas Party adlı tədbir keçirildi. Təşkilatçılar, tədbirdə iştirak edən şagirdləri Yeni il münasibəti ilə təbrik etdilər, onlara can sağlığı, ailə səadəti və təhsildə böyük nailiyyətlərə əldə etməyə arzuladılar. Tədbirin gedişatında uşaqların səmimi gülüşləri və xoşbəxt baxışları müşahidə olunurdu. Hər şagird WisDoM Education Center – a məxsus olan hədiyyələri əldə etdi. Ən fəal və istedadlı şagirdləri Fuad müəllim, Segway, AirPods, Cinema Club kuponu, Power banks kimi hədiyələr ilə mükafatlandırdı.
Riyaziyyat məsələlərin həllindən sonra, aparıcı Mr.White şagirdlər arasında bir neçə müsabiqələr keçirtdi, DJ Anar isə bütün zalı coşdurdu. Tədbirin sonuna qədər uşaqlar bizimlə rəqs etdilər. Magic Mirror sahəsində isə bütün foto şəkillər rəngarəng alındı.
Həmçinin WisDoM Education Center, Cote D‵Azure butikinə inanılmaz dadlı torta görə dərin minnətdarlığını bildirir.
Biz çox gözəl əyləndik. WisDoM Mega Christmas tədbiri möhtəşəm və yadda qalan keçdi!